Yevlaxda iki minik avtomobili TOQQUŞDU
    • 20-03-2021, 16:30
    • 315

Yevlaxda iki minik avtomobili TOQQUŞDU

Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.

News24.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicəsi davam etdirilir. 

***
Yevlaxda ağır yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib. "VAZ 2106" və "Hyundai-Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /report.az