“Yoluxma sayının dörd rəqəmə yaxınlaşması hökuməti narahat edir”- MİLLƏT VƏKİLİ
    • 21-03-2021, 14:36
    • 517

“Yoluxma sayının dörd rəqəmə yaxınlaşması hökuməti narahat edir”- MİLLƏT VƏKİLİ

Britaniya ştammının insan tələfatına səbəb olub-olmaması çox da əhəmiyyət kəsb etmir. Çünki ölüm sayı eyni nisbətdə olsa belə, yoluxma sayları artdığı halda bu, ölüm göstəricilərini də artıra bilər.

Bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında millət vəkili, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Koronavirusun mutasiyaya məruz qalma reallığı var. Bu qeyri-adi deyil, gözlədiyimiz hadisə idi. Britaniya ştammı və ona bənzər ştamlarda yoluxma sürəti həddindən çoxdur. Bu isə o deməkdir ki, yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər. Yoluxma sayının 4 rəqəmə yaxınlaşması bizi narahat edir. Bunu nəzərə alaraq, bayram günlərində daha ehtiyatlı davranmalıyıq”, - o bildirib.