Anar Ağakişiyev Xəzər TV-də APARICILIĞA BAŞLAYIR - VİDEO
    • 21-03-2021, 10:08
    • 1 109

Anar Ağakişiyev Xəzər TV-də APARICILIĞA BAŞLAYIR - VİDEO

Məşhur stilist Anar Ağakişiyev “Dəyişən cavab” adlı verilişlə tamaşaçıların qarşısına çıxacaq.

News24.az xəbər verir ki, Xəzər TV-də yayımlanacaq proqramda şou-biznesin məşhur simaları qonaq olacaqlar. Onlar bu proqramda yer almaq üçün stilistin suallarını cavablandırmalı olacaqlar.

Anar Ağakişiyev yeni layihəsindən danışıb: "Yeni və çox maraqlı verliş yayımlanacaq. Sənətçilərimizin heç vaxt, heç yerdə demədikləri sirlərini yalnız məndən eşidəcəksiniz. Həm də heç yerdə bölüşmədiyim makiyaj sirlərimi yalnız "Dəyişən cavab"da görə biləcəksiniz. Bu şəraiti yaratdığı üçün Xəzər TV-nin baş direktoru, xalq artisti Murad Dadaşov, icraçi direktor Toğrula, bu işdə əməyi keçən hər kəsə xüsusi təşəkkürümü bildirirəm".

Sevda Bayramova