Bu ərazilərdə 5 dərəcə şaxta olacaq - HAVA PROQNOZU
    • 22-03-2021, 12:30
    • 561

Bu ərazilərdə 5 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən
News24.az-a verilən məlumata görə, sabah səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin akin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.