"Sputnik V" 56-cı ölkə tərəfindən təsdiqləndi
    • 23-03-2021, 12:32
    • 549

"Sputnik V" 56-cı ölkə tərəfindən təsdiqləndi

Vyetnam Rusiyanın "Sputnik V" koronavirus peyvəndini qeydə alaraq, bu vaksini təsdiqləyən 56-cı ölkə oldu.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb. "Sputnik V" nin qeydiyyatının sürətləndirilmiş prosedur çərçivəsində aparıldığı açıqlanıb. 

Qeyd edilib ki, "Sputnik V" peyvəndinin təsdiq olunduğu ölkələrdəki əhalinin ümumi sayı 1,5 milyarddan çoxdur. 

"Sputnik V" dövlət tənzimləyiciləri tərəfindən aldığı təsdiq sayına görə dünyada ikinci yerdədir.