-
- 23-03-2021, 14:22
- 968
Xanım İsmayılqızı Xalq artistinin mərhum oğlundan yazdı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişib.
News24.az xəbər verir ki, məşhurlar bununla bağlı sosial şəbəkələrdə paylaşımlar ediblər. Onlardan biri də bəstəkar Xanım İsmayılqızıdır. O, "Facebook" hesabında Xalq artistinə Allahdan səbr diləyib: "Laylay" adlı yeni mahnımın söz və musiqisini Şəhid balamız Kənan Rüstəmliyə ithaf etmişdim. Nazpəri Dostəliyeva ürəklə ifa etdi, Nail Naiboğlu klipini çəkdi. Bu günlərdə təqdimatı olacaqdı. Çox təəssüf ki, Nazpərinin oğlunun qəfil ölüm xəbəri bizi sarsıtdı... Bir ana üçün bu ağrının yükünü, dözülməzliyini mənim kimi anlayan olmaz. Mən həm də öz oğlumu düşünüb yazdım. Sanki Nazpəri də nəsə hiss edib ifa etdi. Bu ayrılığın ağrısı var bu nəğmədə. Allah rəhmət eləsin... Sözün bitən yeri..."
Sevda Bayramova