-
- 24-03-2021, 13:22
- 564
SON DƏQİQƏ! Koronavirusun ikiqat mutasiyası aşkar edildi
Hindistanın 18 əyalətində koronavirusun "İngilis", "Braziliya" və "Cənubi Afrika" ştammları ilə yanaşı ikiqat mutasiyaya uğrayan növü də aşkarlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər virusun yeni mutasiya növünü bir neçə gündür yoluxma sayında lider olan Maharaştra əyalətində aşkar ediblər.
Son məlumatlara görə, əyalətdə 231.9 mindən xəstə koronavirusdan müalicə olunur. Sutka ərzində isə bu rəqəm 28.7 min nəfər artıb.
Maharaştradan alınan nümunələrin analizi göstərib ki, 2020-ci ilin dekabr ayı ilə müqayisədə E484Q və L452R mutasiyaları olan nümunələrin nisbətində artım var.
Bu cür mutasiyalar immunitet reaksiyasından yayınma və infeksiyanın artmasını təmin edir.
Bu mutasiyalar nümunələrin təqribən 15-20 faizində aşkarlanıb və koronavirusun əvvəllər kataloqlaşdırılmış variantlarına uyğun gəlmir.