Bu vaksin koronavirusun yeni növlərində də EFFEKTİVDİR
    • 27-02-2021, 19:14
    • 537

Bu vaksin koronavirusun yeni növlərində də EFFEKTİVDİR

Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndi koronavirusun Britaniya və Cənubi Afrika ştammları da daxil olmaqla virusun yeni genetik variantlarına qarşı yüksək effektivlik nümayiş etdirib. 

News24.az TASS-a istinadən xəbər verir ki, bunu N.F Qamaley adına mərkəzin direktor müavini Denis Loqunov deyib. Bildirilir ki, aparılan təhqiqatların nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.