Ərdoğan Qarabağdan danışdı - VİDEO
    • 24-03-2021, 14:08
    • 498

Ərdoğan Qarabağdan danışdı - VİDEO

"30 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və torpaqlarının beşdə birinin işğalı zaman törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı"

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib. Dövlət başçısı bildirib ki, Minsk üçlüsü adı altında bir araya gələn və problemi həll etməyi öz üzərinə götürənlər məsələni daha da qarışıq hala salmaqdan başqa heçnə etməyiblər:"Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna baxmayaraq Ermənistan tərəfi müxtəlif vaxtlarda hücumlarına davam edib, dialoq yollarını bağlayan tərəf olub. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən hücuma keçəndə Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında yer aldıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı sayəsində dastanlara yazılacaq mübarizəsi ilə bu çirkin işğala son qoyuldu. Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik".