Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı - Təcili yardım gecikdi
    • 25-10-2018, 13:00
    • 1 053

Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı - Təcili yardım gecikdi

Bakının mərkəzində səhər saatlarında intihara cəhd hadisəsi qeydə alınıb.
Paytaxta gənc qadın yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Ağrı-acı içində yerdə çabalayan qadın üçün hadisə şahidləri dərhal təcili yardıma zəng etsələr də, yardım gec gəlib. Ağır vəziyyətdə olan qadını necə gəldi təcili yardım maşınına qoyan tibb işçilərinin bu addımı bina sakinlərini bərk qəzəbləndirib.

Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qadının 2 övladı olduğu deyilir. 

Gənc xanımın son vəziyyəti barədə məlumat əldə etməyə çalışırıq.
//milli.az