Türkiyədə özünü güllələyən azərbaycanlı iş adamı ÖLDÜ - YENİLƏNDİ
    • 26-03-2021, 17:04
    • 572

Türkiyədə özünü güllələyən azərbaycanlı iş adamı ÖLDÜ - YENİLƏNDİ

Türkiyədə özünü güllələdiyi deyilən azərbaycanlı iş adamı vəfat edib. 

News24.az
xəbər verir ki, hadisənin bəzi detalları bəlli olub. Belə ki, şahidlərin ilkin ifadəsinə görə, Nihad Əliyev şəxsi silahını təmizləyən zaman silah açılıb və güllə onun baş nayihəsində dəyib.

Xəstəxanaya aparılan N.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

*** 14:13
Azərbaycanlı iş adamı Türkiyədə intihar cəhd edib.

News24.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, hadisə İstanbulda Beşiktaş bölgəsində yaşanıb.

40 yaşlı Nihad Əliyev qaldığı oteldə özünü başından güllələyib. Hadisə yerinə gələn təcili yardım briqadası iş adamını xəstəxanaya yerləşdirib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Aparılan istintaq araşdırması çərçivəsində 3 qadın polis idarəsinə aparılıb. 

İş adamının oteldə 6 dostu ilə birgə qaldığı açıqlanıb.