Türkiyədə azərbaycanlı damarlarını kəsib özünü eyvandan atdı - VİDEO
    • 3-01-2019, 10:09
    • 1 433

Türkiyədə azərbaycanlı damarlarını kəsib özünü eyvandan atdı - VİDEO

Türkiyənin Yalova şəhərində 30 yaşlı azərbaycanlı intihar edib.

Azərbaycanlı H.H. qaldığı hotelin vanna otağında güzgünü sındıraraq damarlarını kəsib, ardınca eyvana çıxaraq özünü atıb.

Ağır yaralanan H.H. qaldırıldığı xəstəxanada həyatını itirib.

Hadisə şəhərin Cümhuriyyət prospektində yerləşən hotelin üçüncü mərtəbəsində qeydə alınıb.

Hotelin altındakı dönərçinin qabağına düşən H.H.-yə ətrafdakı vətəndaşlar kömək etməyə çalışıb. O, Yalova Dövlət Xəstəxanasına aparılsa da, gec olub.

Polis hadisə yerində araşdırmaya başlayıb.

//Oxu.az