Bu sızanaq dərmanı İNTİHARA SƏBƏB OLUR
    • 27-12-2019, 17:32
    • 1 545

Bu sızanaq dərmanı İNTİHARA SƏBƏB OLUR

İngilis dərman və sağlamlıq məhsulları tənzimləmə agentliyi intihar və sızanaq dərmanı arasında əlaqənin olduğunu açıqlayıb.

News24.az "The Guardian"-a istinadən xəbər verir ki, Tədqiqatçılar sızanaq dərmanı olan "Roaccutane"dən istifadə etdikdən sonra 2019-cu ildə 10 intihar hadisəsinin baş verdiyini aşkar edib.

Qeyd olunur ki, əvvəllər də dərman qurbanları barədə məlumatlar verilib. Belə ki, iki il əvvəl ailə yataq otağında övladlarını ölü vəziyyətdə aşkar edib. Onun ölümünün səbəbinin sözügedən dərmandan həddindən artıq dozada istifadə olduğu bildirilib. 

Tədqiqatçılar bildiriblər ki, İngiltərədə hər il təxminən 30 min insan "Roaccutane"da istifadə edir. Son 10 ildə, demək olar ki, iki dəfə tez-tez təyin olunub. Üstəlik, səkkiz mindən çox insanda dərmanın güclü yan təsirləri aşkarlanıb.