-
- 27-03-2021, 11:35
- 567
ÜST-dən bu ölkələrlə bağlı ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq ictimaiyyəti yoxsul ölkələrə peyvənd yardımına çağırıb.
Təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, bu ilin artıq birinci rübü başa çatmaqda olsa da, 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir. Həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur.
T.Qebreyesus bir sıra ölkələrin istehsal olunan demək olar ki, əksər peyvənd kontingentini satın alması nəticəsində COVAX təşəbbüsü çərçivəsində peyvənd dozalarının çatdırılmasının çətinləşməsindən şikayətlənib.
Qeyd edilib ki, beynəlxalq COVAX təşəbbüsünün hədəfi koronavirusa qarşı peyvənd dozalarının dünya ölkələri arasında ədalətli bölünməsinə nail olmaqdır. Təşəbbüs təsis edilərkən bu il may ayının sonunadək dünyanın yoxsul ölkələri üçün 238 milyon doza peyvəndin çatdırılması nəzərdə tutulurdu. /Axar.az/