-
- 29-03-2021, 16:23
- 486
“Qarabağa qanunsuz səfər edənlər yerindəcə məhv edilməlidir” - TURAL ABBASLI
Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan Qarabağa gəlib. Bu barədə “Armenpress” saytı məlumat yayıb. Məlumata görə, Badasyan Xankəndidə terrorçu-separatçıların lideri Araik Arutyunyanla görüşüb. Görüşdə ədliyyə sferasına aid məsələlər müzakirə edilib. Erməni rəsmilərin Qarabağa qanunsuz səfərləri nə zaman yekunlaşacaq və Azərbaycan bunun qarşısını almaq üçün hansı addımları atmalıdır?
Məsələni News24.az-a şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu səfərlər bizim dövlət sərhədlərimizin pozulmasıdır və yolverilməzdir: “Onların bu addımları dövlətə sataşmaq anlamını ifadə edir. Bu hərəkətlər 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata ziddir. Bundan əlavə, Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərləri bəyannamənin işləmədiyini göstərir. Həmçinin bu, Rusiya sülhməramlılarının bitərəf olmadıqları və hətta Ermənistanın yanında olduqlarının göstəricisidir”.
Tural Abbaslı hesab edir ki, Azərbaycanın Ermənistana bu məsələdə diplomatik yolla nəyisə başa salması mənasızdır: “Çünki onlar bunu anlamayacaqlar. Azərbaycan Milli Ordusu rus sülhməramlılarının işlərinin öhdəsindən gəlmədiklərini əsas gətirərək, Laçın dəhlizində öz nümayəndələrini yerləşdirməlidir. Həmin dəhlizdən yayınaraq, Azərbaycanın icazəsi olmadan torpaqlarımıza keçməyə cəhd edən şəxslər vəzifəsindən asılı olmayaraq, yerindəcə məhv edilməlidir. Əminliklə deyə bilərəm ki, belə hadisə baş versə və bizim pilotsuz uçuş aparatı həmin nəqliyyat vasitəsinə zərbə endirsə, heç bir dığa yenidən bizim ərazimizə keçməyə cəhd etməz. Nəticə etibarilə ruslar da anlayar ki, Azərbaycan bu məsələdə prinsipialdır. Onların bu səfərlərini adi bir hal kimi qəbul etmək olmaz. Rusiya tərəfinə etiraz bildirilməlidir. Beynəlxalq ictimaiyyət, həmçinin BMT hadisə ilə bağlı konkret məlumatlandırılmalı və reaksiya göstərməlidir. Sonuncu dəfə ultimatum verilməlidir ki, bir daha sərhədlərimiz pozularsa, biz həmin nəqliyyat vasitəsini məhv edəcəyik”.
Siyasət şöbəsi