-
- 5-01-2021, 23:20
- 515
Bizə dişsiz açıqlamalar yox, Paşinyanın Qarabağ səfərinə mane olacaq real addımlar lazımdır" - ŞƏRH
Müharibədən sonra Dağlıq Qarabağa Ermənistanın yeni müdafiə naziri gəldi, bu gün isə qonşu ölkənin xarici işlər naziri təşrif buyurdu, separatçı həmkarıyla Xankəndidə “əməkdaşlıq sazişi” imzaladı. Rusiyalı hərbçilər Laçın dəhlizini Ermənistanla erməni separatçılarının ixtiyarına veriblər. Bu gedişlə Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın günlərdə dəhliz üzərindən Xankəndinə gələcək. Onun üçün bu səfər son dərəcə vacibdir. O erkən parlament seçkisinə qərar verib və Xankəndinə gəlməklə cəmiyyətinə göstərməyə çalışacaq ki, “Dağlıq Qarabağ Respublikası” varlığını sürdürür və Ermənistanla əlaqələr möhkəmdir.
Biz nə edəcəyik? Ermənistan müdafiə nazirinin Xankəndinə gəlişinə reaksiya verilmədi, erməni xarici işlər nazirinin gəlişinə Azərbaycan Xarici İşlər Nazirliyinin uzun müddətdir susan mətbuat katibi açıqlama verdi və bu səfərin 10 noyabrda qəbul olunan bəyanata zidd olduğunu vurğuladı. Görünür, Paşinyanın səfəri üçün də oxşar açıqlama yayınlanacaq.
Bizə dişsiz və qarşı tərəfin qulaqardına vurduğu açıqlamalar yox, Paşinyanın Azərbaycan torpaqlarına qanunsuz səfərinə mane olacaq real addımlar, o cümlədən Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır. Hakimiyyət bu haqda ciddi düşünməlidir.
Elxan Şahinoğlu