Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər xidmət yerlərinə YOLA SALINDI - VİDEO
    • 29-03-2021, 19:12
    • 463

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər xidmət yerlərinə YOLA SALINDI - VİDEO

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.