Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları birinci oldu - FOTO - VİDEO
    • 4-06-2019, 12:13
    • 1 029

Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları birinci oldu - FOTO - VİDEO

Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.