Bu məktəbdə də koronavirus aşkarlandı - SİNİF DİSTANT TƏHSİLƏ KEÇDİ
    • 31-03-2021, 11:18
    • 379

Bu məktəbdə də koronavirus aşkarlandı - SİNİF DİSTANT TƏHSİLƏ KEÇDİ

Paytaxt məktəblərindən daha birində sinif koronavirus infeksiyasına yoluxmaya görə distant təhsilə keçib. 

News24.az-ın əldə etdiyi məlumata görə, Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin 8-ci sinifinin karantinə alınmasına səbəb müəllimlərdən birində COVİD-19-un aşkarlanması olub. 

Məktəbin tam distant təhsilə keçib-keçməməsi isə Gigiyena və Epidemiologiya Mərkəzinin rəyindən sonra bəlli olacaq.