Qazaxda 7646 ədəd hərbi SURSAT TAPILDI
    • 30-08-2019, 12:42
    • 647

Qazaxda 7646 ədəd hərbi SURSAT TAPILDI

Qazaxda partlamamış hərbi sursat və minalar tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xanlıqlar kəndi ərazisindən 3 ədəd mina və 7646 ədəd müxtəlif növdə partlamamış hərbi sursat tapılıb.

Tapılan sursat ANAMA-ya təhvil verilib.