İtkin düşən erməni hərbçilərin valideynləri:
    • 31-03-2021, 17:26
    • 395

İtkin düşən erməni hərbçilərin valideynləri: "Əsgərlər çox şey bildikləri üçün..."

Qarabağdakı döyüşlər zamanı itkin düşən erməni hərbçilərin valideynləri Ermənistan Milli Məclisində deputatlarla görüşüblər.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Valideynlər bildiriblər ki, hərbçilər çox şey bildikləri üçün hərbi hissənin komandiri onları Azəbaycanın işğaldan azad etdiyi ərazilərə ölümə yollayıb.

Həmçinin qeyd edilib ki, hərbi hissənin komandiri Qora İşxanyan valideynlərlə görüşdən imtina edir, suallarını cavablandırmamaq üçün telefonunu söndürüb:"Uşaqlarımızı aldadıblar. Deyiblər ki, təhlükəsiz əraziyə aparırılar. Əslində isə Azərbaycanın işğaldan azad etdiyi Hadruta yollayıblar".