Azərbaycanda məktəbin həyətində pambıq əkiblər
    • 25-10-2018, 18:45
    • 513

Azərbaycanda məktəbin həyətində pambıq əkiblər

“Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyur”.

Bu məlumatı iqtisadçı alim Qubad İbadoğlu öz Facebook səhifəsində paylaşıb.

“Bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqanın Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir. Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar”- o qeyd edib.

İbadoğli əlavə edib ki, ikinci fotoya diqqətlə baxanda sahəni şumlayanda traktoru məktəbin həyətinə salmaq üçün onun hasarlarını da dağıdılmasının şahidi olmaq mümkündür.