Biləsuvarda məktəbli bir qrup şagird TƏRƏFİNDƏN DÖYÜLDÜ
    • 20-02-2020, 11:11
    • 896

Biləsuvarda məktəbli bir qrup şagird TƏRƏFİNDƏN DÖYÜLDÜ

Biləsuvar şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vəkil İsmayılov həmin məktəbin digər şagirdləri tərəfindən döyülüb.

Bu barədə V.İsmayılovun yaxınları məlumat veriblər.

Bildirilib ki, hadisə məktəbin həyətində baş verib. Nəticədə V.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

V.İsmayılovun yaxınları iddia edirlər ki, həmin şagirdlər hadisəni törədən zaman sərxoş olublar.

Faktla bağlı araşdırma aparılır.

4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə isə "Report"a bildirib ki, hadisə dərs vaxtı olmayıb və məktəbin ərazisində baş verməyib: "Yaxınlıqda köhnə uşaq xəstəxanası var. Şagirdlər onun həyətində dalaşıblar. Hazırda Vəkil İsmayılov da, digər şagirdlər dərslərini davam etdirir. Həmin uşaqları çağırıb danışdım. Məktəbimizin psixoloqu da onlarla söhbət edib". /Report/