"Yaxın zamanlarda Türk Şurası ÖZ GÜCÜNÜ GÖSTƏRƏCƏK" - Fazil Mustafa
    • 1-04-2021, 13:00
    • 878

"Yaxın zamanlarda Türk Şurası ÖZ GÜCÜNÜ GÖSTƏRƏCƏK" - Fazil Mustafa

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Türk Şurasının beynəlxalq səviyyədə etibarı yüksəkdir. Türk Şurasını beynəlxalq təşkilat adlandırmağın vaxtının çatdığına inanıram”.

Bunu millət vəkili Fazil Mustafa Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Zirvə görüşündəki çıxışı zamanı səsləndirdiyi fikirlərini News24.az-a şərh edərkən bildirib. 

O bildirib ki, Türk Şurasını beynəlxalq təşkilat etmə fikri real görünür: “Çünki bölgədə kifayət qədər ciddi olan dövlətlər bu şuranın üzvüdür. Hətta Avropa İttifaqına daxil olan Macarıstan da modelin içərisindədir. Həmçinin, kifayət qədər iqtisadiyyatı güclü olan ölkələr şurada yer alır. Ona görə də bu prosesi reallaşdırmağın vaxtı çatıb. Türk Şurası artıq ciddi bir reallığa çevrilməkdədir. Bölgənin güclü olan dövlətlərinin regional güc mərkəzləri yaradıb, birlikdə qərarlar alması, bəzi məsələlərə ortaq münasibət bildirməsi xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə infrastruktur layihələrinin gerçəkləşməsində dövlətlərin bir-birinə dəstəyinin şahidi olacağıq. Yaxın zamanlarda Türk Şurası öz gücünü göstərəcək”.  

Siyasət şöbəsi