Azərbaycanda 32 minə yaxın insan vaksinasiyadan keçib
    • 1-04-2021, 19:39
    • 406

Azərbaycanda 32 minə yaxın insan vaksinasiyadan keçib

Bu gün Azərbaycanda 31 min 157 nəfər vaksinasiyadan keçib.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 10 min 770 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 20 min 387 olub.

Ümumilikdə, indiyədən ölkədə 856 min 363 nəfərə vaksin vurulub. Bunlardan 558 min 485-i birinci mərhələ, 297 min 878-i isə ikinci mərhələdə vaksinasiya olunanlardır.