"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, işlərin 2019-cu ilin axırı, 2020-ci ilin əvvəlinə kimi yekunlaşması planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropolitendə xətlərinin uzunluğu 36,6 kilometr, xətlərinin sayı 3, stansiyalarının sayı 25-dir.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.