AQTİ-dən heyvandarlıq müəsissələrinə təklif
    • 3-04-2021, 14:22
    • 407

AQTİ-dən heyvandarlıq müəsissələrinə təklif

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə heyvandarlıq müəsissələrində baytarlıq sanitariyası üzrə audit və konsultasiya xidmətləri təklif edir.

News24.az xəbər verir ki, xidmət çərçivəsində peşəkar mütəxəssislər tərəfindən heyvandarlıq müəsissələrinin Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə, sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması və audit nəticəsində aşkar edilən çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması üzrə konsultasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur. 

Xidmət özündə heyvandarlıq müəssislərinin quruluşunun, heyvanların saxlanılmasının, müəssisəyə yeni gətirilən heyvanların yerləşdirildiyi karantin bölməsinin, müəssisəsdə həyata keçirilən  baytarlıq-sanitariya tədbirlərinin qiymətləndirilməsi, eyni zamanda kəsim bölməsinin sanitar-gigiyenik və risk əsaslı qiymətləndirilməsi mərhələlərini əhatə edir.

Heyvandarlıq müəsissələrində sağlam heyvan yetişdirilməsinə dair bütün proseslərdə risklərin qarşısını almaq və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalına nail olmaq istəyən sahibkarlıq subyektləri xidmətdən istifadə etmək üçün İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.