Azərbaycanda peyvənd vurduranların sayı 35 mini ötdü

Azərbaycanda peyvənd vurduranların sayı 35 mini ötdü
SOSİAL

3-04-2021, 18:36

Mətn ölçüsü

Bu gün Azərbaycanda 35 min 780 doz vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 12 min 469 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 23 min 311 olub.

Ümumilikdə, indiyədək ölkədə 924 min 813 doz vaksin vurulub. Bunlardan 582 min 463-ü birinci mərhələ, 342 min 350-si isə ikinci mərhələ vaksinasiyadır.