7 dəfə ildırım vuran insanın qəribə ölümü
    • 26-10-2018, 11:50
    • 2 264

7 dəfə ildırım vuran insanın qəribə ölümü

Statistikaya əsasən bir insanı ildiırımvurma ehtimali  üç mində birdir.

 News24.az xəbər verir ki, "Ginnesin Rekordlar Kitabı"nda bir insanı 7 dəfə ildırım vurması barədə fakt qeyd olunub.

Roy Sallivan 1912-ci ildə Vircinya ştatının Qrin-Kaunti şəhərində dünyaya gəlib. 1936-cı ildə Şenan milli parkında nəzarətçı kimi çalışmağa başlayıb. Nəzarət qülləsində oturan Royu 1942-ci ildə ilk dəfə ildırım vurub.

Xoşbəxtlikdən sadəcə dırnağı yanan Roy, 27 ildən sonra 1969-cu ildə yenə ildırımdan zərər görüb. Bu  dəfə isə bel nahiyəsindən xəsarət alıb və keçirtdiyi şokdan huşunu itirib. İldırım sanki Royu təqib etməyə başlamışdı.

Hər dəfə başına bədbəxt hadisələr gələn R.Sallivanı ildırım  ən son, 7-ci dəfə 1977-ci ildə vurub. Qeyd edək ki, ildırım vurması nəticəsində sadəcə xəsarətlər alan Roy, 1981-ci ildə ailədə yaşadığı problemlərlə bağlı silahla özünə atəş açaraq intihar edib.

 Beləliklə ildırımötürən insanın həyatı belə başa çatıb.

Şəlalə Ağayeva