-
- 4-04-2021, 13:33
- 442
"Facebook"dan 100 000-ə yaxın azərbaycanlının MƏLUMATLARI OĞURLANDI
Xəbər verdiyimiz kimi, Feysbukun 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.
News24.az xəbər verir ki, şəbəkə dünyanın 106 müxtəlif ölkəsinin istifadəçisinə aid telefon nömrələrini, doğum yeri və tarixi, o cümlədən platformaya giriş şifrələrini və email adresslərini ödənişsiz olaraq sızdırıb.
Bu ölkələr arasında Azərbaycan da var. Şəbəkənin 99 472 azərbaycanlı Feysbuk istifadəçisinin də məlumatları satışa çıxarılıb.
Platformanın 32 milyon ABŞ, 11 milyon Böyük Britaniya, 6 milyon Hindistan, 20 milyona yaxın istifadəçisi isə Türkiyənin payına düşür.
Məsələyə münasibət bildirən "Facebook" şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər. /axsam.az