Ehtiyatlı olun! "Facebook"a haker hücümü - TELEFON NÖMRƏNİZ OĞURLANA BİLƏR
    • 20-12-2019, 09:27
    • 856

Ehtiyatlı olun! "Facebook"a haker hücümü - TELEFON NÖMRƏNİZ OĞURLANA BİLƏR

"Facebook"da növbəti qalmaqal yaşanır. 

News24.az xəbər verir ki, Britaniyanın "Comparitech" araşdırma şirkəti, "Facebook" sosial şəbəkəsinin 267 milyondan çox istifadəçisinin şəxsi məlumatlarının internetdə yayıldığını açıqlayıb.

Qeyd olunub ki, adlar, telefon nömrələri və digər məlumatların olduğu bazaya istənilən şəxs qeydiyyat keçmədən daxil ola bilib.

Təhlilçilər hesab edirlər ki, hakerlər bu məlumatları kütləvi spam və fişinq hücumları üçün istifadə etmək niyyətində olublar. Daha çox ABŞ istifadəçilərinin məlumatları oğurlanıb.

Araşdırma zamanı bazanın Vyetnamdan olan hakerlər tərəfindən yaradıldığı məlum olub.

Məlumatlar dekabrın 4-də internetdə yerləşdirilib. Dekabrın 14-də o, kibertəhlükəsizlik üzrə tədqiqatçı tərəfindən aşkar edilib və bu barədə Facebook-a məlumat verilib. Dekabrın 19-dan etibarən məlumatlara giriş bağlanılıb. İstifadəçilərin şəxsi məlumatlarının hakerlərin əlinə keçdiyi bilinmir.