-
- 4-04-2021, 17:36
- 975
"Ömrü uzun olsun, bizə lazımdır" - Röya Flora Kərimova ilə BARIŞIĞINDAN DANIŞDI
Xalq artisti Röya Ayxan həmkarı Flora Kərimova ilə münasibətindən danışıb.
News24.az xəbər verir ki, Röya Ayxan "ATV maqazin onlarla" verilişində Flora Kərimova ilə barışdığından bəhs edib: "Həmişə onu və qızını çox istəmişəm və gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o, danışsa problem düzələcək. Heç anlamdım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır".
Xalq artisti plastik əməliyyatlardan da danışıb: "Neçə illərdir idmanla məşğul oluram, çox arıq idim. Çəkim 51-52 olurdu. Moskvaya əməliyyata gedəndə də çox arıq idim. Həkimə dedim ki, mənə bir az əl gəzdir. O biri əməliyyatlardan qorxuram. Hamı bir-birinə oxşayır, "poduşka". Hamısını çox istəyirəm, eybi yox, etsinlər. Həkim demişdi, 57-58 kiloqram olmalısan. Onda belə o çəkidə əməliyyata gedə bilmədim".