Ermənistanda qumarxana yaxınlığında atışma - ŞÜBHƏLİ ŞƏXS ŞƏHƏR MERİDİR
    • 5-04-2021, 09:48
    • 354

Ermənistanda qumarxana yaxınlığında atışma - ŞÜBHƏLİ ŞƏXS ŞƏHƏR MERİDİR

Ötən gün gecə saatlarında Ermənistanın Kotayk bölgəsində silahlı insident baş verib.

News24.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı "shamshyan" məlumat yayıb. Gecə saat 01:30 radələrində polisə "Royal Casino" yaxınlığında atış səslərinin eşidildiyibarədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis oradakı dayanacaqda ön şüşəsinə, mühərrik korpusunu və ön asma hissəsi zədələnmiş "Hyundai Elantra" aşkarlayıblar. 

Orada həmçinin ov tüfənginin 1 ədəd patronu və eyni zamanda patronun bir hissəsi tapılıb.

Saytın yazdığına görə, hadisə ilə bağlı Ermənistan şəhərlərindən birinin meri şübhəli şəxs kimi axtarılır.