Rəmiş VƏFAT ETDİ
    • 5-04-2021, 13:58
    • 602

Rəmiş VƏFAT ETDİ

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) dünyasını dəyişib. 

Bu barədə News24.az-a mərhumun həyat yoldaşı Güllü Hüseynova məlumat verib. O, bildirib ki, Xalq artisti təqribi yarım saat öncə xəstəxanada vəfat edib.

Mədəniyyət Nazirliyindən News24.az-a xalq artistinin nə vaxt və harada dəfn olunacağı ilə bağlı hazırda danışıqlar getdiyi bildirilib. 

Rəmiş uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. Xalq artistləri- Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət edib. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilib.

İfaçı 2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xalq artisti fəxri adına layiq görülüb.

Rəmiş Güllü Hüseynova ilə ailəli olub. Bundan öncə iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır. Oğlu Hüseyn rəhmətə gedib.

Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi.