"Dedi, məni evə apar..." - Rəmişin xanımı danışdı - VİDEO
    • 5-04-2021, 17:22
    • 731

"Dedi, məni evə apar..." - Rəmişin xanımı danışdı - VİDEO

“İki ay danışmadı. Üç gün öncə asta səslə dedi ki, məni xəstəxanadan evə apar. Evə aparmadım. İynələr onu yaman günə qoymuşdu. İynə görən kimi pisləşirdi”.

News24.az xəbər verir ki, bu gün günorta saatlarında dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Güllü Hüseynova ölüm anında yanında tək olduğunu qeyd edib: "Həkimləri çağırdım, gec gəldilər. O mənim balam idi. O da getdi”.