VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.
    • 26-10-2018, 13:45
    • 657

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.

Sonda forumun bəyannaməsi qəbul edilib.

Bəyannamədə bildirilib ki, forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bununla əlaqədar humanitar böhranları, insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyirlər.

Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğulayıblar.