"Çernobıl"ın "Dyatlov"u VƏFAT ETDİ
    • 6-04-2021, 15:00
    • 404

"Çernobıl"ın "Dyatlov"u VƏFAT ETDİ

Britaniyalı aktyor Pol Ritter vəfat edib.

News24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Bildirilib ki, aktyorun ölümünə səbəb beyin şişi olub. 

Qeyd edək ki, Pol Ritter 5 Mart 1966-cı ildə İngiltərədə anadan olub. "Harry Potter və Yarım Qanlı Şahzadə" (2009), "Doqquzuncu Legion Qartalı" (2011), "Inferno" (2016) kimi filmlərdəki rolları ilə tanınır. Aktyor həmçinin 2019-cu ildə HBO şirkətinin çəkdiyi və böyük müzakirələrə səbəb olan "Çernobıl" serialda da Dyatlov obrazını canlandırıb.