-
- 6-04-2021, 19:07
- 444
Azərbaycan şirin su ehtiyatlarına görə kasıb ölkələr kateqoriyasına daxildir - ETSN
“Azərbaycan dünya sıralamasında yeraltı və yerüstü şirin su ehtiyatlarına görə kasıb ölkələr kateqoriyasına daxildir”.
News24.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
O bildirib ki, Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə, Zaqatala, Balakən, Qax və Şəki rayonlarında yetəri qədər yeraltı su ehtiyatları var: “Artıq qonşu Gürcüstanla bu istiqamətdə müəyyən münasibətlər formalaşmaqdadır. Bu bölgədə olan yeraltı su hövzəsinin kiçik bir hissəsi Gürcüstan ərazisindədir. Biz yeraltı sulardan istifadə ediriksə, hər hansı danışıqlar aparılması su ehtiyatlarından ədalətli istifadə formasına nail olmaqdır. Bu, Qazax, Gəncə və Lənkəran düzənliyi yeraltı su hövzələrinə də şamil edilə bilər. Bunlar regional ehtiyatlar olaraq, bir qismi İran, bir qismi isə Gürcüstan ərazisində yerləşir. Transsərhəd hövzələrin istismarı zamanı həm ədalətlilik prinsipinin pozulmaması, həm də su ehtiyatlarından səmərəli istifadə üçün müəyyən yanaşmalar olmalıdır. Güman edirik ki, bu, olacaq”.