Dünya üzrə koronavirusdan ölənlərin sayı artıb - ÜST
    • 7-04-2021, 09:43
    • 354

Dünya üzrə koronavirusdan ölənlərin sayı artıb - ÜST

Dünya üzrə koronavirusdan ölənlərin sayı son bir həftədə 11 faiz artıb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində məlumat yer alıb. Həmçinin qeyd edilib ki,  altıncı həftə ardıcıl olaraq COVID-19 infeksiyasına yoluxma hallarının sayında da çoxalma var: "Son bir həftə ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb.Ölümlərin sayı ötən həftəyə nisbətən çoxdur.  71 mindən çox insan virusun qurbanı olub".

Təşkilatın açıqlamasına görə, Cənub-Şərqi Asiyada COVID-dən ölümlərin artımı yeddi gün ərzində 46 faiz, Amerikada - 15 faiz, Şərqi Aralıq dənizində - 7 faiz, Avropada - 2 faiz olub.