Ermənistanda koronavirusa yoluxan kişi XƏSTƏXANADA İNTİHAR ETDİ
    • 7-04-2021, 10:33
    • 449

Ermənistanda koronavirusa yoluxan kişi XƏSTƏXANADA İNTİHAR ETDİ

Ermənistanda COVID-19-a yoluxan 72 yaşlı kişi intihar edib.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Bildirilir ki, yaşlı kişi gecə saatlarında özünü müalicə olunduğu xəstəxananın pəncərəsindən ataraq öldürüb. 

Onun meyiti səhər saatlarında tapılıb.

Bildirilir ki, həmin şəxs intihardan bir müddət öncə müalicədən imtina edib.