AQTİ tələbələrə nəzəri və təcrübi biliklər öyrədir - VİDEO
    • 8-04-2021, 16:49
    • 328

AQTİ tələbələrə nəzəri və təcrübi biliklər öyrədir - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin sonuncu kurs tələbələri müəyyən olunmuş vaxtlarda AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda təcrübə keçirlər.

News24.az xəbər verir ki, təcrübəyə cəlb olunan tələbələr qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı ilə bağlı laboratoriyalarda müayinələrin aparılmasında, həmçinin nəzəri və təcrübi biliklərin öyrənilməsində iştiak edirlər.

Təcrübə zamanı tələbələr nümunə hazırlığı proseslərində iştirak edir, maye xromotoqrafiya, UV- spektrofotometr və infraqırmızı spektrofotometr kimi yüksək həssaslığa malik cihazların iş prinsipləri ilə tanış olaraq, həmin cihazlarda işləmə vərdişlərinə yiyələnirlər.

Eyni zamanda əlavə ekspress metod olan PZR cihazı vasitəsi ilə patogen və qeyri-patogen mikroorqanizmlərin təyini, ət və ət məhsullarında mənşə təyinində iştirak edən ATU-nun təcrübəçi tələbələri bəzi qida məhsullarında GMO analizlərinin aparılması prinsiplərini də öyrənir. 

Qeyd edək ki, AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda aparılan analizlər yüksək dəqiqliklə işləyən cihazlarla, müasir metodlarla həyata keçirilir ki, bu da tələbələrin analiz proseslərində iştirak etməsi və proseslərlə yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir.