Lüt azarkeş “Mançester Yunayted”in OYUNUNU POZDU
    • 9-04-2021, 01:54
    • 736

Lüt azarkeş “Mançester Yunayted”in OYUNUNU POZDU

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

İspaniyanın “Qranada” və İngiltərənin “Mançester Yunayted” klublarının görüşündə kuryoz hadisə baş verib.
Belə ki, tamamilə çılpaq olan kişi qəfil stadiona girib. Nəticədə oyun müvəqqəti dayandırılıb.
Lüt azarkeş mühafizəçilər tərəfindən saxlanılıb, meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, oyun azarkeşlərsiz keçirilir. /Report/