İtkin düşən erməni əsgərlərin valideynləri MN binasını mühasirəyə aldı - NAZİR HELİKOPTERLƏ QAÇDI
    • 9-04-2021, 09:30
    • 525

İtkin düşən erməni əsgərlərin valideynləri MN binasını mühasirəyə aldı - NAZİR HELİKOPTERLƏ QAÇDI

Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri Ermənistanın Müdafiə Nazirliyinin binasını mühasirəyə alıblar. 

News24.az "Sputnik Armeniya"ya istinadsən xəbər verir ki, etirazçılar, cümə axşamı səhər saatlarından binaların giriş və çıxışlarını avtomobillərlə bağlayıblar.

Onlarla danışıqlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılır və vətəndaşlara nazirlik binasını blokadadan çıxarmağa çağırıblar.

Etirazçılar səhər saatlarında nazirlik binasının üzərində helikopterin uçduğunu gördüklərini bildiriblər. Ehtimal edilir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan binanı bu yolla tərk edib və ya əksinə nazirliyə gəlib.