-
- 26-10-2018, 16:55
- 1 779
Yeni nəsil şəxsiyyət vəsiqələrində böyük problem
Cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Lakin hələ də bu sənədlərdən istifadə zamanı problemlər mövcuddur.
Bununla bağlı kütləvi şəkildə şikayətlər daxil olur. Şikayətçilər bildirirlər ki, bir çox qurumlarda yeni nəsil şəxsiyyət vəsiqəsindəki məlumatlar oxunmur.Paytaxt sakini Cavid Babayev şikayətində bildirib ki, o, müraciət etdiyi bir neçə bankda yeni nəsil şəxsiyyət vəsiqəsini oxuyan avadanlıq yoxdur.
“Mənə xaricdən pul göndəriblər. Şəhərdə gəzmədiyim bank qalmayıb. Hara müraciət edirəm, deyirlər ki, onlarda yeni nəsil şəxsiyyət vəsiqəsini oxumağa aparat yoxdur. Mən də, göndərilən pulu ala bilmirəm”, - deyə C.Babayev şikayətlənib.
Nə üçün yeni nəsil şəxsiyyət vəsiqələrindən effektiv istifadə edilmir?
Suala cavab tapmaq üçün mütəxəssisə müraciət etdik. Məsələ ilə əlaqədar İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz açıqlamasında bildirib ki, bunun səbəbi müvafiq avadanlıqların olmamasıdı.
bunun səbəbi müvafiq avadanlıqların olmamasıdır.
“Bank, digər yeni nəsil şəxsiyyət vəsiqələrinin oxuna bilməməsi lazımı avadanlığın olmamasına görədir. Banklar və digər qurumlar yeni nəsil şəxsiyyət vəsiqələrindəki çipləri oxumaq üçün avadanlıqlar almalıdırlar”, - deyə Osman Gündüz bildirib.
Ekspert deyir ki, bu avadanlıqların olmaması həmin qurum rəhbərlərinin məsuliyyətsizliyidir:
“Həmin avadanlıqlar baha deyil. Bunun bir səbəbi var, məsuliyyətsizlik. Bəziləri bu sahədə dövlət nəzarətinin olmamasından istifadə edərək, məsuliyyətsizlik edirlər. Hətta dövlət qurumları var ki, məsuliyyətsizlik edirlər və həmin avadanlıqları almırlar”.
Belə hallarda vətəndaş nə etməlidir?
O.Gündüz deyir ki, belə hallarda vətəndaşlar məhkəməyə müraciət etməlidir. Çünki dövlətin verdiyi vəsiqələrdən istifadə edə bilmirlər.
Ekspert onu da vurğulayıb ki, hələlik verilən yeni nəsil şəxsiyyət vəsiqələrinin “yeni nəsil şəxsiyyət vəsiqəsi” adlandırmaq olmaz:
“Əslində bunlar yeni nəsil şəxsiyyət vəsiqəsi deyil. Çünki yeni nəsil şəxsiyyət vəsiqəsinin yeniliyin onda idi ki, əvvəlkilərə nisbətən bunlarda elektron imza sertifikatı olmalıydı. Yəni ora çip yerləşdirilməliydi.
Çipin içərisində şəxsin elektron imzası olmalıydı. Hələlik yeni nəsil şəxsiyyət vəsiqələrində çip var, amma elektron imza aktivləşdirilməyib. Əgər bunun elektron imzası yoxdursa, bunun harası yeni nəsil şəxsiyyət vəsiqəsi oldu?
Bu məsələlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmişik. Ümid edirik ki, yeni nəsil şəxsiyyət vəsiqələrində mövcud problemlər həll edilər”.
Qeyd edək ki, mövcud problemlə bağlı Daxili İşlər Nazirliyi də müraciət edib.
Bu barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi qurumlar həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.
"Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin (DİN), eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir”, - deyə bildirilib.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.
Qeyd edək ki, cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir.
//baku.ws