-
- 10-04-2021, 10:23
- 373
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” - DİN
Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib.
News24.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi daha yüksəkdir: “Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Çünki restoranlarda müxtəlif təbəqələrin, müxtəlif ailələrin üzvləri olur.
Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Vətəndaş nə qədər məsuliyyətsiz olmalıdır ki, bu tədbirləri keçirməyə cəhd etsin.
Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir.
Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Dövlət burada vəsait itirir, sahibkarlar əziyyət çəkir. Dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir”.