-
- 25-09-2020, 17:56
- 499
Toylara niyə icazə verilmir?
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi tədbirlərin təşkili və bir məkanda 10 nəfərdən artıq adamın toplaşması qadağandır. Həm açıq, həm də qapalı məkanlarda say məhdudiyyəti var”.
News24.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov “Facebook” səhifəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişdə bildirib.
O, qeyd edib ki, bizim həm yas, həm də toy mərasimlərində yaxın ünsiyyəti olan insanlar çay, qida qəbulu ilə məşğul olmurlar. Həmin şəxslər tez-tez bir-biriləri ilə görüşürlər: “Adətən bizdə toy və yas mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş məkanına çevrilir. Bu, o deməkdir ki, onlarla, yüzlərlə insan bu mərasimlərdə bir-biri ilə sadəcə masa arxasında deyil, ayaq üstə durarkən, oturarkən yaxın təmas qurur. Bu da yoluxma üçün çox yüksək risk sayılır və doğrudan da təhlükəli hal ola bilər”.
E. Mikayılov əlavə edib ki, epidemik risk aşağı düşdüyü halda, bu məsələyə baxılacaq: “Bugünkü qərar ondan ibarətdir ki, kütləvi şəkildə toplaşmaq kütləvi şəkildə ünsiyyət deməkdir. Bu isə kütləvi şəkildə yoluxma riski yaradır”.