Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi
    • 10-04-2021, 10:36
    • 627

Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 10-da ordeni səfirə təqdim edib.

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.