Bakıda üzərinə qapı düşən körpə öldü
    • 10-04-2021, 17:34
    • 434

Bakıda üzərinə qapı düşən körpə öldü

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

News24.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. /Report/