Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib - FOTO
    • 10-04-2021, 19:05
    • 743

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, sərgi rəssamların qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə keçirilib.

Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən keçirilib.

Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdirilib.
Virtual sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə yayımlanıb.