Məşhur serialın 22 aktyoru koronaya yoluxdu, ÇƏKİLİŞLƏR DAYANDIRILDI
    • 11-04-2021, 15:05
    • 471

Məşhur serialın 22 aktyoru koronaya yoluxdu, ÇƏKİLİŞLƏR DAYANDIRILDI

Türkiyənin məşhur seriallarından olan "Alev alev"in çəkilişlərinə fasilə verilib.

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, serialda rol alan 22 aktyor koronavirusa yoluxub. Belə ki, onların testləri nəticəsi müsbət çıxıb. Bu səbəbdən də film yaradıcıları serialın çəkilişlərini dayandırmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, "Show Tv" də yayımlanan serialda Demet Evgar, Dilan Çiçek Deniz, Hazar Ergüçlü və Cihangir Ceyhan kimi aktyorlar iştirak edir.